Türkiyənin 17 şəhərində koronavirusun yeni mutasiyası aşkarlandı

DÜNYA 29 yan 2021, 23:59
Türkiyənin səhiyyə naziri Fahrettin Koca 17 şəhərdə koronavirusun yeni mutasiyasının aşkarlandığını bildirib.

Demokrat.az xəbər verir ki, nazir bununla bağlı sosial media hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, yeni mutasiyalar vaksinasiya işlərinə də problem yarada bilər:

“Mutasiya təhdidinə qarşı diqqətli olmalıyıq. Avropadakı yoluxma sayında müşahidə olunan artım, əsasən, yeni mutasiyalarla bağlıdır. Ölkəmizdə mutasiyalı koronavirusa yoluxanların sayı 128-ə çatıb”.

“Virusun mutasiyaya uğraması hazırda peyvəndləməyə təsir etmir. Ancaq yeni mutasiyalar çalışmalara mənfi təsir göstərə bilər. Hələ də ən böyük silahımız tibbi maska və sosial məsafə qaydalarına riayət etməkdir”, - deyə nazir əlavə edib.

F.Koca vurğulayıb ki, yoluxma sayına nəzarət edə bilirlər, ancaq təmkinli olmaq və əhalinin sıx olduğu yerlərdən uzaq durmaq lazımdır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top