Azərbaycanda ən çox satılan avtomobillər — Markalar üzrə TAM SİYAHI

BİZNES 29 yan 2021, 16:18
Ötən ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 milyon 214 min 93 ədəd olub.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablma göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 3,7% və ya 43 min 421 ədəd artıb.

Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Çox istifadə olunan minik avtomobillərin sırasında növbət yerlərdə "Hyundai", "Toyota", "Opel", KİA və "Nissan"  qərarlaşıb.

Ən az istifadə olunan avtomobil isə "Tatra" markalı avtomobil olub. Ötən ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir 1 ədəd "Tatra" markalı avtomobil var. Bundan başqa ölkədə 2 ədəd "Chrysler", 16 ədəd "Oldsmobil", 23 ədəd "Asiya", 23 ədəd "Talbot", 30 ədəd "Datsun", 59 ədəd "Saab", 92 ədəd “Rover”, 97 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.

Son 3 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bu cür olub:
 
Avtomobilin adı 2018 2019 2020
"Mersedes" 195 368 199 016 203 493
VAZ  "2101", "03", "06" 200 216 199 776 199 852
VAZ  "2105", "2107" 126 812 126 749 126 719
"Hyundai" 63 511 68 179 74 193
"Toyota" 48 442 50 797 56 822
"Opel" 43 003 44 037 48 984
KİA 32 004 34 186 37 901
"Nissan" 32 824 33 245 33 848
BMW 25 442 26 167 27 527
"QAZ-24" 26 582 26 444 26 303
"Moskviç" 25 349 25 292 25 088
"Volksvagen" 20 571 21 418 22 032
"Mitsubishi" 21 440 21 554 21 666
"QAZ-3102" 21 225 21 074 20 905
"Chevralet" 14 895 15 972 20 522
"Ford" 8 968 9 897 11 891
"Daewoo" 10 791 10 770 10 753
"Reno" 4 933 7 483 10 193
"Lexus" 9 263 9 724 10 139
LANDROVER 5 687 6 048 6 639
"Tofaş" 6 256 6 233 6 206
"Honda" 5 472 5 596 5 956
"Audi" 4 627 4 940 5 162
"Fiat" 4 431 4 609 4 820
"Mazda" 3 850 4 033 4 234
"Azsamand" 3 387 3 451 3 456
"Porsche" 1 808 1 899 2 029
"İnfiniti" 1 777 1796 1 800

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top