MMP VIII Qurultayını keçirdi

DAXİLİ SİYASƏT 29 yan 2021, 13:48
Bu gün Müasir Müsavat Partiyası (MMP) növbəti VIII Qurultayını  kecirib.
 
Demokrat.az xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətinin məlumatında bildirilib. Qeyd edilir ki, Qurultay COVİD-19 pandemiyası ilə əlaqədar onlayn şəkildə keçirilib.

Qurultay iştirakcılarını, qurultay nümayəndələrini, qurultaya dəvət olunanları, siyasi partiya nümayəndələrini salamlayan Hafiz Hacıyev çıxış edərək bildirib ki, 2020-ci il Türk dünyası üçün cox əlamətdar il olub. Partiya sədri qeyd edib ki, 30 ildir erməni terrorçularının əlində olan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə geri qaytarılaraq tarixi qələbə qazandıq. O, siyasi partiya olaraq dövlətin və Ali Baş Komandanın daim yanında olduqlarını vurğulayıb.

Qeyd edək ki, MMP-nin VIII Qurultayına 45 nəfər qatılıb. Qurultayın öz işinə başlaması üçün yekdilliklə səs verilib. Qurultayi açiq elan edilib. H.Hacıyev Təşkilat Komitəsi adından hesabat xarakterli, eyni zamanda siyasi məruzə ilə çıxış edib. Qurultayda digər seçki orqanların da hesabat məruzələri dinlənilib. Qurultay nümayəndələri hər üç məruzəni qənaətbəxş hesab edib.

Qurultayın mandat komissiyasının seçilməsi üçün Qurultay nümayəndəsi Qismət Allahverdiyev təklif irəli sürüb. Bildirib ki, mandat komissiyasının tərkibi 3 nəfərdən ibarət seçilsin. Mandat komissiyasının say və fərdi tərkibi səsə qoyularaq təsdiq edilib. Qurultayın rəyasət heyəti, işçi orqanları və gündəliyi təsdiq ücün qurultay iştirakçılarının müzakirəsinə verilib.

Beləliklə, H.Hacıyev MMP sədri, İ.Məmmədov və Könül İsmayılova sədr müavini, Rəhim Qəmbərov rayon təşkilat sədri, Barat Atamov MMP-nin üzvü, 3 nəfərdən ibarət hesablayıcı komissiya secilib.

Sonra qurultayın gündəliyi müzakirə edilib və təsdiq olunub. Mandat komisiyasının hesabatı da dinlənilib.

Sonra 70 nəfərdən ibarət Siyasi Şuranın tərkibi təsdiq edilib. 5 nəfərdən ibarət MMP-nin Mərkəzi nəzarət təftiş komisiyasının yeni tərkibi təsdiq edilib. Daha sonra açıq səsvermə ilə H.Hacıyev yenidən  MMP-nin sədri seçilib.(versus.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top