Cəlilabadda dərman növbəsi — VİDEO


HADİSƏ 28 yan 2021, 22:12
Cəlilabadda xəstəxanada şəkərli diabetdən əziyyət çəkən insanlara hörmətsizlik olunması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Görüntülərdən aydın olur ki, şəkərli diabet xəstələri Cəlilabad Müalicə Diaqnostika Mərkəzindən dərmanlarını götürməyə gəliblər. Lakin karantin olmasına baxmayaraq, onlar arasında növbə gözlənilmir. Hər kəs bir pəncərədən, növbəsiz qəbul edilir. Xəstələr narazılıq edirlər ki, dərman almaq üçün əvvəlcədən növbə yazılmalı və ya xidmət başqa formada təşkil olunmalıdır. 

“Qafqazinfo” məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanovla əlaqə saxlayıb. Direktor bildirib ki, əslində diabet xəstələrinə müalicə üçün dərmanlar Mərkəzi Xəstəxana tərəfindən verilməlidir. Amma hazırda xəstəxana koronaviruslu xəstələr üçün ayrıldığından bu iş Cəlilabad Müalicə Diaqnostika Mərkəzində həyata keçirilir: 

“Cəlilabad rayonu üzrə 4 minə yaxın şəkərli diabet xəstəsi var. Onlara hər ayın sonuncu həftəsi şəkər dərmanları paylanır. Xəstələrdən 2800-ə yaxın insan kənd əhalisidir. Onların diabet dərmanları kənd tibb məntəqələrinə verilir və evlərinə paylanılır. Cəlilabad MRX “COVID-19” xəstəxanası olduğundan, rayon əhalisinə dərmanlar müvəqqəti yerləşdiyimiz Cəlilabad Müalicə Diaqnostika Mərkəzində verilir. Onlara qabaqcadan məlumat verilir ki, hər ayın axırıncı həftəsi müraciət edib dərmanlarını alsınlar. Reseptləri yazılır, əvvəlcədən apteklərə təhvil verilir. Sadəcə, insanlar özləri orada növbəni qurmalıdırlar”.

 
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top