"Qarabağ" darmadağınla liderliyə yüksəldi

İDMAN 28 yan 2021, 18:54
Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turdan təxirə salınan oyun keçirilib.

Demokrat.az xəbər verir ki, son çempion “Qarabağ” evdə “Səbail”i qonaq edib. Ağdamlılar rəqibini 4 cavabsız qolla üstələyərək turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Oyunda dubl edən Mahir Emreli 10 qolla bombardirlərin siyahısına başçılıq edir. "Qarabağ"ın digər iki qolunu isə Ovusu Kvabena və Patrik Andrade vurub.

28 yanvar
Azərbaycan Premyer Liqası
V turun təxirə salınan oyunu
“Qarabağ” – “Səbail” - 4:0
Qollar: Kvabena Ovusu, 18, Mahir Emreli, 25, Patrik Andrade, 85, Mahir Emreli, 90+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Azersun Arena”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top