Ağstafada sabiq polis zabitinin şok cinayətləri — Təfərrüat

HADİSƏ 28 yan 2021, 12:15
Ağstafa rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləmiş Altay Rəfiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, Altay Rəfiyev 14 oktyabr 2014-cü il tarixdən Ağstafa rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi vəzifəsində işləyib. O, vəzifəli şəxs olaraq, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə və 19-cu maddəsinə əsasən cinayət törədib və istintaq zamanı axtarışda olan şəxslərin tutularaq istintaqa təqdim edilməsinə cavabdeh şəxs olmaqla, öz işinə vicdansız və laqeyd münasibət göstərib.

Nəticədə Altay Rəfiyev əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbəri kimi öz səlahiyyətlərinin icrası zaman insanların həyat və sağlamlığını təhlükə altına alan hərəkətlərə yol verilməməsinə, əməliyyat-axtarı tədbirləri təşkil olunub həyata keçirilərkən qanunçuluğa əməl olunmasına nəzarət etməli, əməliyyat axtarış tədbirlərinə digər polis qüvvə və vəsaitlərinin cəlb edilməsi haqqında işlədiyi orqanu rəhbərinə təkliflər verib, həmin tədbirlərin icrasında yaxından iştirak etməli, bu işlərə görə fərd məsuliyyət daşıdığı halda öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib.

İstintaq sənədlərinə görə, 17 may 2016-cı ildə Tahir Ayralovun  Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qardaşı Sabir Ayralovun evini yandırdığı üçün Ağstafa rayon polis şöbəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə istintaqdan qaçıb gizləndiyinə görə axtarılması ilə əlaqədar onun barəsində həyata keçirilən tədbirlərə rəhbərlik edən Altay Rəfiyev axtarış işini lazımi səviyyədə təşkil edə bilməyib.

Bu səbəbdən yenidən cinayət törətməsi təhlükəsi olan və vaxtında tutulub istintaqa təqdim edilməməklə azadlıqda qalmış Tahir Ayralov bundan istifadə edib, qardaşı Sabir Ayralovun Ağstafa rayonu, Dağ Kəsəmən kəndində köçüb sığındığı, qızının əri Məcid Nəbiyevə məxsus evi də yandıracağı ilə hədələyib.

Altay Rəfiyev 2016-cı ilin may ayının sonlarında öz niyyətini həyata keçirmək üçün odlu silahla silahlanaraq qeyd edilən ünvana gəlib.

Lakin Tahir Aylarovun qaça bilməsi ehtimal olunan istiqamətlərdə postların təşkilini və onun tutulması üçün lazımı tədbirlərin dərhal icrasını təmin etmədiyinə görə sonuncu bu vəziyyətdən istifadə edib, üstündə gəzdirdiyi odlu silahdan əməliyyata cəlb olunmuş Ağstafa rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşı Vasif Bağırova bir dəfə atəş açıb, çaşqınlıq yaradaraq hadisə yerindən qaçıb.

Bundan sonra da Tahir Ayralov 6 iyun 2016-cı ildə Məcid Nəbiyevə məxsus evi yandırmaq məqsədi ilə təkrar həmin ünvana gəlib və onun tutulması üçün zəruri tədbirləri qabaqcadan görmədən evin yaxınlığında dayanmış polis əməkdaşlarına yenə odlu silahdan atəş açaraq qaçıb.

Altay Rəfiyev Ağstafa rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə 11 iyun 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan olunmuş Tahir Ayralovun tutulması istiqamətində iyunun 17-dən  18-nə keçən gecə Məcid Nəbiyevə məxsus Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən evdə və evin ətrafında əməliyyat-axtarış tədbiri həyata keçirərkən, axtarışda olan şəxsin silahlı olması ehtimalı olduğu, bu səbəbdən polis əməkdaşları xidməti silahlarla təchiz olunmaqla, əməliyyatın ciddiliyini nəzərə almadan, əməliyyat şəraitini düzgün qiymətləndirməyərək və əməliyyat-axtarış tədbirində iştirak edən polis əməkdaşlarına pusquda durduğu yer barədə məlumat verməli olduğu halda məlumat verməyib.

Məcid Nəbiyevə məxsus evdən 165 metr məsafədə ağaclıq və kolluq ərazidə Tahir Ayralovun tutulması məqsədi ilə gizlənmiş və onun pusquda olduğu yer barədə məlumatı olmayan, onun istiqamətində hərəkət edən əməliyyata cəlb edilmiş Ağstafa rayon polis şöbəsində polis nəfəri vəzifəsində işləyən, polis serjantı Vasif Bağırov həmin əraziyə doğru gedərkən pusquda olduğu yerdə axtarışda olan Tahir Ayralov olmasını zənn edib.

Vasif Bağırov üzərində olan xidməti “Makarov” markalı ŞR 4484 nömrəli 9 mm kalibirli yarımavtomatik tapança ilə həmin istiqamətə bir neçə dəfə atəş açıb.

Bu zaman Altay Rəfiyev atəş açan şəxsin əməliyyatda iştirak edən polis nəfəri olmasını bilmədiyi halda, həmin şəxsin Tahir Ayralov olmasını zənn edib, xidməti istifadəsində olan “Makarov” markalı CA 2242 nömrəli 9 mn kalibirli yarımavtomatik tapança ilə Vasif Bağırov istiqamətində atdığı atəşlər nəticəsində ehtiyatsızlıqdan ona xəsarət yetirib.

Vasif Bağırov xəstəxanaya yerləşidrilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu hadisədən sonra Altay Rəfiyev daxili işlər orqanlarından xaric edilib və o, 2019-cu ildə məsuliyyətə cəlb olunub.

İstintaq orqanı tərəfindən Altay Rəfiyevin barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Ağstafa rayon Məhkəməsinin hökmü ilə Altay Rəfiyev 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüquqdan məhrum edilib. O, 3 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apelyasiya şikayəti verib. Hüquqi varis Altay Rəfiyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Altay Rəfiyevin müdafiəçisi də hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığını əsas gətirib və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Altay Rəfiyevin vəkilinin şikayəti təmin olunmayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisinin apelyasiya şikayəti təmin olunub və Altay Rəfiyevin cəzası 4 il 6 aya qədər artırılıb.

Bu qərardan narazı qalan Altay Rəfiyevin vəkili kasasiya şikayəti verib. Vəkilin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar verilib.

Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top