Taksi sürücüsü işləyən meyxanaçı Samirə sərnişinlə dalaşdı

ŞOU-BİZNES 28 yan 2021, 12:37
Karantin müddətində pulsuzluqdan taksi sürücüsü işləməyə məcbur olan meyxanaçı Samirə Yusifqızı müştərilərindən biri ilə mübahisə edib.

Demokrat.az xəbər verir ki, “Günə bir” verilişinin qonağı olan söz ustadı bu barədə danışıb.

O, avtomobilinə əyləşən şəxsin onu təhqir etdiyini deyib:

"Avtomobilə bir xanım əyləşdi. Onu 5 ünvana aparmalı və sonra yenidən başlanğıq məntəqəyə çatdırmalı idim. Birinci ünvana apardım. Dedi gözlə gəlirəm. 20 dəqiqə sonra gəldi. Dedim ki, xanım siz hər ünvanda 20 dəqiqə yubansanız mən günün sonu evimə çörək pulu apara bilməyəcəyəm. Mənə qayıtdı ki, bu sənin işindir.

Maşını kənara verib ondan maşını tərk etməsini xahiş etdim. Məni təhqir etməyə başladı. Aramızda böyük mübahisə yarandı".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top