Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı məlum oldu

SOSİAL 27 yan 2021, 20:38
Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı məlum olub.

Demokrat.az
xəbər verir ki, qanunvericilik işləri planına 14 məsələ daxil edilib.

1. Azərbaycan Respublikası Prezidenti-nin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının,  Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri

2. Azərbaycan Respublikasının Milli Məclisi İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar layihəsi

3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının  layihəsi

4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi

5. “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları ilə iş haqqında” qanun layihəsi

6. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi.

7. “Lombardlar haqqında” qanun layihəsi

8. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi

9. “Ali təhsil haqqında” qanun layihəsi.

10. “Təhsil kreditləri haqqında” qanun layihəsi

11. “Turizm haqqında” qanun layihəsi.

12. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi

13. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi

14. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.

/APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top