Ermənistanda koronavirusa yoluxanların sayı 166 427-yə yüksəldi

DÜNYA 27 yan 2021, 18:59
Ermənistanda son sutkada 195 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 427-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 056-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 761-ə yüksəlib. İndiyədək 156 053 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 6 557 aktiv koronavirus xəstəsi var.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top