Qaz sızması Xırdalandakı güclü partlayışa səbəb ola bilərdimi ? — Ekspert rəyi

HADİSƏ 26 yan 2021, 19:39
Dünən Xırdalan şəhəri dəhşətli partlayışla silkələndi. Hadisə nəticəsində  biri azyaşlı olmaqla iki nəfər həyatını itirdi, altı nəfər isə xəsarət aldı. Hadisə yerində araşdırma aparan ekspertlər ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışa qaz sızmasının səsəb olduğunu açıqlayırlar. Bu ehtimal digər bir mövzunu gündəmə gətirir. Həqiqətənmi qaz sızması bu qədər güclü partlayışın səbəbi ola və belə ciddi fəsadlara yol aça bilər?

Mövzu ilə bağlı Konkret.az-a danışan ekspert İlham Şaban maraqlı məqamları açıqlayıb. Ekspert bildirirb ki, qaz çox təhlükəli enerji daşıyıcısıdır və olduqca böyük dağıdıcı təsirə malikdir:” Hətta müxtəlif həcmli qaz balonlarında baş verən partlayışın dağıdıcı təsir dairəsi 50 metr məsafəni əhatə edə bilir. Odur ki, qapalı bir yaşayış evində baş verən qaz sızması nəticəsində yaranan partlayış bütün mənzili və ətrafdakı binaları dağıtmaq gücünə malikdir”.

İlham Şabanın sözlərinə görə, inkişaf etmiş ölkələrdə qazdan məişətdə minimum istifadə edirlər. Mümkün olan hallarda isə qazın istifadəsindən tamamilə yan keçirlər. Bu qazın təhlükə mənbəyi kimi dağıdıcı qüvvəsinin çox olması və ondan qorunmaq üçün önəmlidir. Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev mediaya açıqlamasında ikimərtəbəli evin yerləşdiyi ərazidən heç bir qaz xəttinin keçmədiyini açıqlayıb və hadisənin dəqiq səbəblərinin araşdırılacağını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top