Moskvadakı mitinqdə 30 nəfər həbs edilib

DÜNYA 25 yan 2021, 21:04
Moskva məhkəmələri yanvarın 23-də baş vermiş icazəsiz aksiyalarda saxlanılanlardan 30 nəfəri inzibati qaydada həbs edib.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva şəhər məhkəməsinin mətbuat xidmətinin məlumatında deyilir. Məhz aksiyada iştirakına görə 64 nəfər cərimələnib.

Xatırladaq ki, müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq yanvarın 23-də Moskvada və bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top