Öldürülən dənizçinin qardaşı danışdı — VİDEO

GÜNDƏM 24 yan 2021, 21:42
BAKU.TV Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun evində olub.

Demokrat.az-ın məlumatına görə, Fərman İsmayılov üçün yaşadığı Siyəzən rayonunda yas mərasimi qurulub.

XİN-in rəsmi açıqlamasına görə, Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında Fərman İsmayılovun nəşinin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Belə ki, meyit Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə yanvarın 26-da Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top