Özil rəsmən "Fənərbağça"da!

İDMAN 24 yan 2021, 21:10
Türkiyənin "Fənərbağça" klubu yeni transferi Mesut Özillə 3,5 illik müqavilə bağlayıb.

Demokrat.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, türk əsilli hücumameylli yarımmüdafiəçi sözləşməyə imza atdıqdan sonra məşqə çıxıb.

33 yaşlı oyunçunun keçidi "sarı-lacivərdlilər"ə havayı başa gəlib. Özil İngiltərə "Arsenal"ı ilə müqaviləsini pozduqdan sonra İstanbul təmsilçisi ilə rəsmən anlaşıb.

"Burada olduğum üçün xoşbəxtəm. Xəyalım gerçək oldu. İnanıram ki, uğurlu mövsüm keçirəcəyik", - deyə o, vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top