Quşçu vulkanın püskürməsi nəticəsində 30 m-lik çatlar əmələ gəlib

HADİSƏ 24 yan 2021, 17:58
"Bu, Quşçu vulkanının 16-cı püskürməsidir. Vulkanın püskürmə sahəsindən cənub və cənub qərbə uzanan 30 m-lik çatlar əmələ gəlib". 

Bunu APA-ya vulkan püskürən əraziyə ezam olunan Azərbaycan Milli Elmlər Akademyası (AMEA) Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov deyib.

Onun sözlərinə görə,  vulkanın son onilliklər ərzində puskurməyən sahəsi aktivləşib. Palçıq axını 3 hektar ərazini örtüb. Püskürmənin hündürlüyü 50-60 m, palçıq axınının orta qalınlığı 90 sm olub. 

Yerli mülkiyyətçilərin əkin sahəsinə ziyan dəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top