Yunis Hüseynov istefa verdi

İDMAN 24 yan 2021, 12:54
"Keşlə" komandasının baş məşqçisi Yunis Hüseynov istefa verib.

Demokrat.az
-ın xəbərinə görə, bu barədə klub məlumat yayıb.

Məlumatda deyilir:

"Komandamızın baş məşqçisi Yuns Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub. 

55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, klubumuza uğurlar arzulayıb. 

Klub rəhbərliyi də öz növbəsində Yunis Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib. 

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandamızın baş məşqçisi təyin olunmuşdu".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top