Amerikalı məşhur aparıcı vəfat etdi

ŞOU-BİZNES 23 yan 2021, 20:51
Amerikalı aparıcı Larri Kinq 87 yaşında dünyasını dəyişib.

“Report” “Mirror”a istinadən xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində vəfat edib.

Bir müddət əvvəl aparıcıda COVID-19 aşkarlanmış və bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Larri Kinq 1985-ci ildən 2010-cu ilə qədər CNN-nin “Larry King Live”, 2012-ci ildən “Larry King Now” tok-şoularının aparıcısı olub.

Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top