"Neftçi"nin qapıçısı ilk dəfə Azərbaycan millisinə dəvət olundu

İDMAN 23 yan 2021, 20:38
Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətinə yeni oyunçu dəvət olunub.

Federasiyadan "Report"a verilən məlumata görə, qapıçı Cavad Məmmədov ilk dəfə əsas yığmanın düşərgəsinə qovuşub.

20 yaşlı qolkiper “Neftçi” İK-nın üzvüdür.

Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 18:00-da başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top