"Twitter" Xameneinin hesabını dondurdu

DÜNYA 23 yan 2021, 14:47
"Twitter" sosial platforması bu dəfə İranın dini lideri Ayətullah Əli Xameneinin internet saytına aid "Twitter" hesabını dondurub.

Demokrat.az xəbər verir ki, buna səbəb Xameneinin ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı paylaşdığı tvit olub.

Belə ki, yayımlanan tvitdə ABŞ-ın keçmiş prezidenti Donald Tramp qolf oyunçusuna bəzədilərək, üstündə uçan pilotsuz uçuş aparatı (PUA) ilə təhdid edilib və "intiqam mütləq alınacaq" sözləri qeyd edilib.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top