Təhsil naziri: “Həmin şəxs necə direktor oldu?”

SOSİAL 23 yan 2021, 13:55
“Sosial şəbəkələrdə hər hansı bir direktorun fəaliyyəti ilə bağlı video yayımlanır. Nazirlik üçün bu, direktorun əmək fəaliyyətinə xitam verən gün bitmir. Həmin vaxt biz sual verməliyik ki, necə oldu həmin şəxs direktor oldu?”.

Demokrat.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev "Xəzər" TV-də qonaq olarkən deyib. 

Nazir  qeyd edib ki, bu, çox vacib sualdır: “Biz səhvmi etdik o direktor oldu, yoxsa sadəcə olaraq sistemdə baş verən hansısa yüz haldan biridir və təsadüfən baş verib. Və yaxud həmin insan 10-15 il direktor işləyib. Əgər belə idisə, necə oldu  bu proses baş verdi. “Necə oldu?” sualının qiymətləndirilməsi və səhvlərin təkrar olunmaması ən vacib məsələdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top