“Qarabağ” komandası Qurban Qurbanovun baş məşqçiliyi altında 800-cü qoluna imza atıb.
Demokrat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu topu Rahil Məmmədov vurub.
26 yaşlı müdafiəçi Premyer Liqanın XIV turunun “Sabah”la səfər oyununda (2:1) hesabı açıb.
2008-ci ilin yayından Ağdam klubunda işləyən 49 yaşlı mütəxəssisin rəhbərliyi altında 541 matçda 801 qol vuran komandanın məhsuldarlığı 1,48-ə bərabərdir. Bu toplardan 585-i Premyer Liqa, 90-ı Azərbaycan kuboku, 126-sı avrokuboklara təsadüf edib.
Qeyd edək ki, “Qarabağ” Qurbanovun rəhbərliyi altında ilk qolunu 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər oyununda (2:1) vurub. Bu qola Artim Şakiri imza atıb.