Ermənistanda koronavirusa yoluxanların sayı 165 909-a yüksəldi

DÜNYA 23 yan 2021, 12:11
Ermənistanda son sutkada 198 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 165 909-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 034-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 747-yə yüksəlib. İndiyədək 154 535 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 7 593 aktiv koronavirus xəstəsi var.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top