Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək

DÜNYA 22 yan 2021, 23:24
ABŞ Senatı istefada olan general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Demokrat.az-ın TASS-a istinadən məlumatına görə, ilk afroamerikalı kimi Pentaqona rəhbərlik edəcək Ostinin qısa müddətdə and içməsi baş tutacaq.

Qeyd edək ki, L.Ostin ordudan istefa verərək  2016-cı ildə təqaüdə çıxımışdı. ABŞ qanunlarına görə, hərbi xidmətdən ayrılmış şəxs həmin müddətdən azı 7 il ərzində Pentaqona rəhbərlik edə bilməz. Ostin üçün bu istisna Konqresin xüsusi qanun layihəsi qəbul etməsindən sonra mümkün olub.

Konqres ABŞ tarixində belə bir istisnanı indiyədək iki nəfərə tətbiq edib. Bunlar 1950-ci ildə Corc Marşalla və 2017-ci ildə isə Ceyms Mettisə şamil olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top