Britaniya şirkəti Qarabağda yataqların kəşfiyyat işlərini aparacaq

BİZNES 22 yan 2021, 22:45
Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti Qarabağda üç müqavilə sahəsində kəşfiyyat işlərini aparacaq.

Demokrat.az Trend-ə istinadən məlumat verir ki, şirkət Azərbaycan hökumətinin icazəsi alındıqdan sonra Söyüdlü, Qızılbulaq və Vecnəli sahələrinin potensialını qiymətləndirəcək:

"Erməni işğalı müddətində hər üç müqavilə sahəsində faydalı qazıntıların qanunsuz hasilatı aparılırdı".

Şirkətdən bildiriblər ki, həm mövcud mədənlərin yaxınlığında, həm də müqavilə sahələrindəki geoloji istiqamətlərdə mühüm geoloji-kəşfiyyat potensialı mövcuddur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top