Bakıda polis maşını “Opel”lə toqquşdu

HADİSƏ 22 yan 2021, 21:53
Bakıda Post Patrul Xidməti (PPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 22-də qeydə alınıb.

Belə ki, Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinə (PPX) məxsus avtomobil "Opel Astra" markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. /APA

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top