Könül Xasıyeva onu sevən məmurdan danışdı: "Vəsiyyət edib ki, məzar daşına..." — VİDEO

İNCƏSƏNƏT 22 yan 2021, 20:35
"Məni sevirdi. Hətta o qədər sevirmiş ki, övladına mənim adımı da qoyub. Məmur idi, vaxtsız dünyasını dəyişdi”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva ARB telekanalında yayımlanan “Onun Sirri” proqramında deyib. Sənətçi onu sevən məmurun vəsiyyətindən danışıb:

“Vəfat edəndə vəsiyyət edib ki, məzar daşına ifa etdiyim "Gecələr" mahnısının misralarından yazılsın. Mənə bunu həyat yoldaşı dedi. Biz onun həyat yoldaşı ilə təsadüfən görüşdük, o özü mənə yaxınlaşdı. Görüşdük, şəkil çəkdirdik. Dedi, həyat yoldaşım da sizi çox istəyirdi. Rəhmətə gedib, qızımızın adı da Könüldür. Biz onun vəsiyyətini yerinə yetirdik, məzarını ziyarət etdik. Çox təsirləndim. Əlbəttə, bu cür sevgi hər insana qismət olmur".

Həmin görüntüləri təqdim edirik: 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top