Heydər Əliyev Sarayı “Nizami xəzinəsindən” adlı layihə keçirəcək

MƏDƏNİYYƏT 22 yan 2021, 22:58
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar, “Nizami Gəncəvi ili” çərçivəsində Heydər Əliyev Sarayında silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu barədə Demokrat.az-a saraydan məlumat verilib.

Bildirilib ki, “Nizami xəzinəsindən” adlı layihə çərçivəsində Heydər Əliyev Sarayında gənc bəstəkarların Nizaminin sözlərinə yazdıqları müasir romansların, “Sirlər Xəzinəsi” poemasından səhnələşdirilmiş musiqili tamaşaların, əsərlərindən kiçik kreativ balet nümunələrinin və müsabiqələrin yüksək səviyyədə hazırlanıb keçirilməsi nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top