Minaya düşərək şəhid olan əsgərimiz dəfn edildi — FOTO

HADİSƏ 22 yan 2021, 19:04
Yanvarın 21-də minaya düşərək şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qusar rayonunda dəfn olunub.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, əsgər Cavadov Rəşad Fərzəli oğlunun nəşi Qusar rayonuna aparılıb. Şəhid doğulduğu Hil kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Allah rəhmət eləsin!
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top