Ərdoğandan Çin vaksini ilə bağlı açıqlama — VİDEO

DÜNYA 22 yan 2021, 17:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra Üsküdardakı Kərəm Aydınlar məscidinin qarşısında media nümayəndələrinin suallarını cavablandırıb.

Dövlət başçısına verilən ilk sual peyvəndlə bağlı olub. R.T.Ərdoğan “Vaksinlərin ikinci partiyası hazırda Çindən çıxıb və böyük ehtimalla həftə sonuna qədər ölkəmizə çatdırıla bilər. 10 milyon doza peyvənd gözləyirik”, - deyə cavab verib.

Bununla yanaşı, Türkiyə prezidenti ölkədə vaksinasiyanın da öncədən nəzərdə tutulduğu kimi, mərhələli şəkildə davam etdiriləcəyini bildirib.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top