Azərbaycanda jurnalist şantaja görə öldürüldü — FOTO

HADİSƏ 21 yan 2021, 21:42
Bu gün Şəmkir rayonunda qətl hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb. Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B. Əliyev Vasif Aslanovu şantaj edirmiş.

Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun "Qərb bölgəsi press" adlı qəzetinin təsisçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top