Naxçıvanda da Medianın İnkişafı Agentliyi yaradılır — FƏRMAN

DAXİLİ SİYASƏT 21 yan 2021, 18:43
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi” təsdiq edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top