Daxili Qoşunların yaralı hərbçisi şəhid oldu

HADİSƏ 21 yan 2021, 17:56
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmişdi. Həkimlərin bütün səylərinə baxmayaraq, o, bu gün şəhidlik zirvəsinə ucalıb.

Demokrat.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub.

Bildirilib ki, şəhidimizlə vida mərasimində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və nazir müavinləri iştirak ediblər.

Şəhid Elşən Quluzadənin cənazəsi polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə doğulub boya-başa çatdığı Füzuli rayonuna aparılaraq orada dəfn ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top