İki müsəlman ölkəsi barışdı — Sərhədlər açılır, uçuşlar bərpa edilir

DÜNYA 21 yan 2021, 00:08
Misir və Qətərin qarşılıqlı diplomatik münasibətləri bərpa etməyə razı olduqları açıqlanıb.

Demokrat.az xəbər verir ki, dörd ilə yaxındır münasibətlərini donduran iki ölkə əlaqələri bərpa etmək barədə qərar verib.

Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamada iki ölkə arasındakı müvafiq addımın yanvarın 5-də Körfəz Əməkdaşlıq Şurasının Səudiyyə Ərəbistanında keçirilən 41-ci sammitində əldə edilən razılaşma çərçivəsində atıldığı bildirilib.

Misir Körfəz böhranı səbəbindən 2017-ci ildən dayandırılan Qətərə uçuşların bərpa olunduğunu açıqlayıb.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci il tarixində “terror qruplarını dəstəkləmək” ittihamı və bu ölkəyə iqtisadi embarqo qoymaqla Qətərlə bütün diplomatik münasibətlərini kəsmişdilər.

Qətər bu ölkələrin bütün ittihamlarını rədd etsə də, bu, Körfəz bölgəsində böhrana səbəb olmuşdu. /teleqraf.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top