“Azərsun Holdinq”in kollektivi Şəhidlər xiyabanını ziyarət etdi

SOSİAL 20 yan 2021, 14:42
“Azərsun Holdinq”in kollektivi 20 yanvar tarixində Şəhidlər xiyabanını ziyarət edib.

Demokrat.az
bildirir ki, “Azərsun Holdinq” kollektivinin üzvləri ölkəmizin müstəqiliyi və bütövlüyü üçün şəhid olmuş həmvətənlərimizin məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərin ölməz ruhuna ucaldılan abidənin önünə əklil qoyulub, onların ruhuna dualar oxunub.

Daha sonra Şirkətlər Qrupunun kollektivi 1918-ci ildə Azərbaycana yardıma gələn və qardaş ölkənin torpaqlarında şəhid olan türk əsgərlərinin abidəsini də ziyarət edib, abidənin önünə gül dəstələri düzüb.











 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top