Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verdi

SOSİAL 20 yan 2021, 17:10
Bu gün saat 12:00-da “Bakı Metropoliteni” QSC-də qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq matəm fiti verib.

Bu barədə Demokrat.az-a qurumdan bildirilib.

Məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hazırda Bakı metrosunda sərnişindaşıma fəaliyyəti dayandırıldığı üçün anım mərasimi yalnız "Nərimanov” elektrik deposunda baş tutub. Matəm fiti deponun yollarında yayılıb. Səhmdar cəmiyyətinin rəhbərliyi və kollektivin nümayəndələri burada canını Vətənə fəda etmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra depoda metropolitençi şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top