Qazilər və onların ailə üzvləri növbədənkənar işlə təmin olunurlar — Nazirlikdən AÇIQLAMA

SOSİAL 20 yan 2021, 16:44
"Bütün məşğulluq tədbirlərimizi sırf şəhid ailəsi üzvləri və qazilər, onların ailə üzvləri və müharibə iştirakçılarına yönəltmişik. Yəni onlar növbədənkənar özünüməşğulluğa cəlb olunur və növbədənkənar işlə təmin olunurlar".

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Yeniavaz.com-un sorğusuna cavab verərkən deyib. O bildirib ki, buna görə şəhidlərin və qazilərin ailə üzvlərinin, həmçinin qazilərin və Vətən Müharibəsi iştirakçılarının siyahısı icra hakimiyyətləri tərəfindən aidiyyatı məşğulluq mərkəzlərinə verilib:

"Vətən Müharibəsi bitdikdən sonra qazilərin işlə təmin olunması üçün, məşğulluqlarını təmin etmək üçün agentlikdə tədbirlər planı hazırlanıb. Bununla bağlı da işçi qrup yaradılıb və onların məşğulluğu ilə bağlı işlər aparılır. 

Bütün məşğulluq tədbirlərimizi sırf şəhid ailəsi üzvləri və qazilər, onların ailə üzvləri və müharibə iştirakçılarına yönəltmişik. Yəni onlar növbədənkənar özünüməşğulluğa cəlb olunur və növbədənkənar işlə təmin olunurlar. Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramında da həmin şəxslərə üstünlük verilir. Onların işlə təmin olunması üçün kvotadan əlavə iş yerləri yaradılır. Bunun üçün hətta məşğulluq mərkəzlərinə telefonla da müraciət edə bilərlər".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top