Karantin dövründə Azərbaycanda evlənənlərin və boşananların sayı AÇIQLANDI

SOSİAL 20 yan 2021, 12:37
Ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda 32 min 437 nikah qeydə alınıb.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, nikahların 12 min 127-si ötən ilin ilk 3 ayında, 20 min 310-i isə “Şadlıq evləri”nin bağlı olduğu aprel-noyabr aylarında qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında nikahların sayı əvvəlki ilin yanvar-noyabr aylarındakından təxminən 2 dəfə az olub. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycanda 58 min 317 nikah bağlanıb.

Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-noyabr aylarında 9 min 616 boşanma qeydə alınıb. Karantin rejimindən əvvəlki ilk 3 ayda  3 min 823 boşanma qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında boşanmaların sayı əvvəlki ilin yanvar-noyabr aylarındakından az olub. Belə ki, 2019-cu ilin yanvar-noyabrt aylarında Azərbaycanda 15 min 635 boşanma qeydə alınıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top