ÜST: Koronavirusun qlobal yayılmasına Çinin onu gizlətməsi səbəb olub

DÜNYA 19 yan 2021, 08:30
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Hazırlıq və Reaksiya təminatı üzrə müstəqil qrupu bildirib ki, Çin koronavirusun yayılmasının qarşısını almaq üçün daha sürətli tədbir görə bilərdi.

“Report” xəbər verir ki, bu barədə “Daily Mirror” yazıb.

Ekspertlərin fikrincə, epidemiyanın qlobal yayılmasına ilk günlərdə gizlədilməsi səbəb olub.

ÜST-də bildiriblər ki, Çində "erkən siqnallara daha sürətli reaksiya vermək üçün imkanlar vardı".

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Pandemiyanın əvvəlindən dünyada virusa 95 milyon yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 52 milyon insan sağalıb, 2 milyondan çox insan pandemiyanın qurbanı olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top