İtkin azərbaycanlının meyiti su kanalında tapılıb — Belçika polisi

HADİSƏ 18 yan 2021, 19:53
Belçikada bir müddət əvvəl axtarışda olan Azərbaycan vətəndaşı Vüqar Rzanın meyiti yaşadığı qaçqın kampının yaxınlığındakı su kanalında tapılıb.

Demokrat.az Report-a istinadən xəbər verir ki, mərhumun meyiti təxminən 3 metr dərinliyi olan kanalın beton plitələrinə ilişmiş formada aşkarlanıb.

Məhkəmə tibbi ekspertizasının ilkin qərarında onun hər hansı bir fiziki zərbəyə məruz qalmadığı qeyd olunub. Bədəninin şişməsi və göyərməsi isə suda uzun müddət qalması ilə əsaslandırılıb.

Polisdən bildirilib ki, hazırda cinayət işi ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, daha öncə Belçikada polis tərəfindən axtarılan Azərbaycan vətəndaşının meyitinin tapıldığı barədə məlumat vermişdik.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top