Vətən müharibəsində Daxili Qoşunların şəhid olan hərbçilərinin sayı AÇIQLANDI

QARABAĞ 18 yan 2021, 18:46
"Vətən müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub, 347 nəfəri yaralanıb".

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, bu sözləri daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında deyib.

Nazir bildirib ki, ötən il özünün bütün çətinlik və problemlərinə baxmayaraq, ölkəmiz üçün ən uğurlu illərdən biri olub:

"Uzun illər işğal altında qalan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən düşməndən azad edilib, tarixi ədalət bərpa olunub. Bu döyüşlərdə Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu da iştirak edərək cəsarət və igidlik nümunələri göstərib, onlardan 65 nəfəri şəhid olub, 347 nəfəri yaralanıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top