Azərbaycanda bu kanalların efiri dayandırıldı — SİYAHI

SOSİAL 18 yan 2021, 17:49
Milli Televiziya və Radio Şurası teleradio yayımçılarının mütəmadi monitorinqlərinin aparılması nəticəsində qanun pozuntusuna yol vermiş yayımçılar barəsində tətbiq edilən müvafiq sanksiya tədbirlərini açıqlayıb.

Şuradan verilən məlumata görə, Şuranın 20 aprel 2020-ci il tarixli 4/1 saylı Qərarın əsasən ARB televiziya kanalının efiri 6 saatlıq, 6 may 2020-ci il tarixli 5/1 və 5/2 saylı Qərarlarına uyğun olaraq ATV və LİDER televiziya kanallarının efiri 1 saatlıq, 8 may 2020-ci il tarixli 6/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 1 saatlıq, 13 may 2020-ci il tarixli 7/2 və 7/3 saylı Qərarlarına uyğun olaraq XƏZƏR və ARB televiziya kanallarının efiri 1 saatlıq, 20 may 2020-ci il tarixli 8/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 saatlıq, 04 avqust 2020-ci il tarixli 9/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 saatlıq, 14 avqust 2020-ci il tarixli 11/1 və 11/2 saylı XƏZƏR və ARB televiziya kanallarının efiri 3 saatlıq, 17 avqust 2020-ci il tarixli 12/1 və 12/2 saylı ATV və LİDER televiziya kanallarının efiri 3 saatlıq müddətə dayandırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top