Bu qadağanın müddəti uzadıldı

SOSİAL 18 yan 2021, 15:26
Pandemiya ilə əlaqədar dövlət qurumlarında çalışan işçilərin say həddinin 30 faizədək azaldılması, digər əməkdaşların məsafədən iş rejimində çalışması ilə bağlı müddət uzadılıb. 

Demokrat.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 

Artıq Nazirlər Kabineti dövlət qurumlarına bununla bağlı müvafiq qaydada məktub göndərib. Nazirlər Kabinetinin müvafiq tövsiyəsinə qədər bu qayda qüvvədə qalacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.(apa.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top