Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vuruldu — VİDEO

SOSİAL 18 yan 2021, 11:09
Azərbaycanda bu gündən insanların koronavirusa qarşı vaksinasiyasına start verilir.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qeyd edək ki, birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya ediləcək. İkinci mərhələdə isə 50 yaş yuxarı ən azı bir xroniki xəstəliyi olanların vaksinasiyası həyata keçiriləcək.

Azərbaycan səhiyyəsinə rəhbərlik edən şəxslərə koronavirus əleyhinə peyvənd vurulub.

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev vaksinasiya olunublar.

Onlara Bakı Sağlamlıq Mərkəzində vaksin vurulub.
 

Oqtay Şirəliyev,  Ramin Bayramlı və Zaur Əliyevə koronavirus əleyhinə peyvənd vurulub


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top