Qara dəniz sahillərində batmış Rusiya gəmisinin azı 2 üzvü həlak olub.
Demokrat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib.
"Batan gəminin göyərtəsində 13 nəfər olub. Onların hamısı Rusiya vətəndaşlarıdır. İndiyədək 5 nəfər xilas edilib, iki nəfərin meyiti aşkarlanıb", - S.Güner deyib.
Onun sözlərinə görə, hazırda daha 6 nəfərin xilas olunması əməliyyatı davam etdirilir.