Qara dənizdə batan gəminin 5 üzvü xilas edilib: ölənlər var

DÜNYA 17 yan 2021, 16:19
Qara dəniz sahillərində batmış Rusiya gəmisinin azı 2 üzvü həlak olub.

Demokrat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Bartın vilayətinin qubernatoru Sinan Güner bildirib.

"Batan gəminin göyərtəsində 13 nəfər olub. Onların hamısı Rusiya vətəndaşlarıdır. İndiyədək 5 nəfər xilas edilib, iki nəfərin meyiti aşkarlanıb", - S.Güner deyib.

Onun sözlərinə görə, hazırda daha 6 nəfərin xilas olunması əməliyyatı davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top