ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı

DÜNYA 17 yan 2021, 01:01
ABŞ polisi Vaşinqtonun mərkəzində nəzarət-buraxılış məntəqəsindən saxta icazə sənədi ilə Kapitoliyə daxil olmaq istəyən şəxsi saxlayıb.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.

Məlumata görə, saxlanılan şəxsin üzərində tapança və döyüş sursatları aşkarlanıb. Qeyd edilir ki, söhbət Virciniya sakini Uesli Alan Bilerdən gedir. O, qapalı məkana daxil olmağa cəhd göstərib. Saxlanılan şəxsdə 500 patron aşkarlanıb.

Ona qarşı qeydiyyatsız silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top