Əfqan futbolçu Bundesliqa matçında irqçiliyə məruz qaldı

İDMAN 16 yan 2021, 22:22
Almaniya Bundesliqasının XVI turunda keçirilmiş "Union Berlin" - "Bayer" (Leverkuzen) matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, "Union Berlin"in oyunçularından biri "Bayer"in futbolçusu Nadim Amiriyə qarşı irqçi ifadə işlədim.

Adı açıqlanmayan şəxs əfqan əsilli 25 yaşlı yarımmüdafiəçi təhqir edib. Qarşılaşmadan sonra komanda yoldaşları Amirinin ağladığını görüb.

Futbolçu məsələ ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Matçdan sonra həmin şəxs paltardəyişmə otağına gəldi. Meydanda söylədiyi sözlərə görə üzr istədi, məni səmimiyyətinə inandırdı və onu bağışladım".

Qeyd edək ki, Nadim Amiri Almaniyada əfqan ailəsində anadan olub. O, 2019-cu ildən Almaniya yığmasının formasını geyinir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top