Deputat: "Şuşaya gələn hər bir insan erməni vəhşiliyinin şahidi olacaq"

GÜNDƏM 16 yan 2021, 17:49
“Azərbaycan dünyada sivilizasiyalar arasında dialoqu, fərqli mədəniyyətlərə hörmət ruhunu, tolerantlığı yayan, təbliğ edən, ümumbəşəri dəyərlərin hakimliyinə çalışan ölkə kimi tanınıb. Xocalı soyqırımını yaşayan xalqımız dünyada ən sülhsevər xalq imici qazanıb. Məkrli ərazi iddialarını gerçəkləşdirmək xülyası ilə yaşayan erməni vandalları isə dünyada bütövlükdə bəşəriyyətə, insanlığa qarşı yönəlmiş soyqırımını, terror siyasəti həyata keçirən, dəhşətli cinayətlərə imza atan bir toplum kimi özlərini dünyaya təqdim edirlər”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi faşizm ideologiyasından bəhrələnən erməni təcavüzkarlarının əsl üzünü dünyaya nümayiş etdirdi: “Dünya gördü ki, saxta keçmişləri haqqında saxta nağıllarla hər kəsi bezdirən, beynəlxalq təşkilatlardan dilənçi kimi sədəqə uman bu toplum işğalçı mövqeyinə görə sərhədlərini qapayıb geniş kommunikasiyalara, inkişafa mane olur, regionun təhlükəsizliyinə ciddi təhdid yaradır. Erməni vandalları insanlara yönələn və xüsusi qəddarlığı ilə seçilən cinayətlərlə, soyqırımı ilə yanaşı bəşər mədəniyyətinə, dünyanın mədəni irsinə qarşı törətdikləri cinayətlər də dünya ictimaiyyəinin gözləri qarşısında baş verib. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv edib, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasət həyata keçiriblər”.

Onun sözlərinə görə, möhtəşəm qələbənin əldə edilməsində hərbi üstünlükləri ilə dünyada tanınan Azərbaycan zəngin, təkrarolunmaz mədəni irsini qoruyan, ona sahib çıxan, milli köklərə bağlılığı ilə də seçilir: “Prezident İlham Əliyevin qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsi olan Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri zamanı erməni vandalizminin şahidi olan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş büstlərinin bərpa edilərək yenidən öz əvvəlki yerlərinə qoyulması bunun bariz nümunəsidir. Dahi şəxsiyyətlərimizin büstlərinin bizim qələbəmizin rəmzi olduğunu vurğulayan Prezident bildirib ki, indi onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan erməni vəhşiliyini yaxından görəcək. Uzun illərdir Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin erməni vandallarının gülləbaran etdikləri büstlərinin Şuşaya qaytarılması hər kəsdə qürur və fəxarət hissi doğurur. Bu gün hər bir Azərbaycan vətəndaşı ürəkdən sevinir, fəxr edir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ölkədə yaşayır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top