Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatları 600 milyard dollara çatdı

DÜNYA 16 yan 2021, 21:56
Bu ilin yanvarın 1-nə Rusiya Bankının (Mərkəzi Bank) beynəlxalq ehtiyatlarının həcmi 596 milyard ABŞ dollara yüksəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 2020-ci ilin əvvəlinə nisbətən 42 milyard ABŞ dolları və ya 7,6 % çoxdur.

Rusiya Maliyyə Nazirliyin məlumatına görə, ölkənin digər ehtiyyat fondu Milli Rifah Fondunun həcmi 2020-ci ildə əvvəlki illə müqaisədə 46 % artaraq 183,3 milyard ABŞ dollara çatıb.

Qeyd edək ki, beynəlxalq ehtiyatlar Rusiya Bankı və hökuməti tərəfindən idarə olunan xarici valyuta, pul, İMF-də ehtiyat mövqeyi, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top