Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

HADİSƏ 16 yan 2021, 21:17
Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları “Mercedes” markalı mikroavtobusu yoxlayan zaman sürücü, Mingəçevir şəhər sakini Ramin Həsənovun karantin qaydalarını pozaraq, Bakı şəhərinə sərnişin daşımağa cəhd etdiyini aşkarlayıblar.

Həmin şəxs polis şöbəsinə gətirilib və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Həsənov səkkiz gün müddətinə inzibati qaydada həbs olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top