Gürcüstanın hakim partiyasına yeni sədr seçildi

DÜNYA 16 yan 2021, 18:28
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurultayı keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, toplantıda İrakli Kobaxidzenin partiyanın sədrliyinə namizədliyi yekdilliklə dəstəklənib.

Yeni sədr göstərilən etimada görə minnətdarlığını bildirib.

Qurultayda partiyanın 21 üzvdən ibarət Siyasi Şurası formalaşacaq, icraçı və siyasi katiblər də seçiləcək.

Qeyd edək ki, İ.Kobaxidze bundan öncə “Gürcü Arzusu”nun icraçı katibi olub. 43 yaşlı siyasətçi 2016-2019-cu illərdə Gürcüstan parlamentinin sədri vəzifəsini tutub. Partiyanın keçmiş sədri Bidzina İvanişvili yanvarın 11-də vəzifəsini tərk edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top